Azərbaycan təsviri sənətində özünəməxsus yeri olan Xalq rəssamı Tofiq Ağababayevin Prezident İlham Əliyevin Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunması və 95 illik yubileyi münasibətilə ADRA-nın rəhbərliyi yubilyar sənətkarı evində ziyarət edib.
Görüşdə ADRA-nın rektoru, Xalq rəssamı, professor Natiq Əliyev, Elm və Yaradıcılıq işləri üzrə prorektor, Xalq rəssamı, professor Fuad Salayev, ADRA-nın tədris və tərbiyə işləri üzrə prorektoru, Əməkdar rəssam, professor Azad Zeynalov və ADRA Həmkarlar İttifaqı Komitəsinin Sədri, dosent Emin Ələkbərov iştirak ediblər.
Tofiq Ağababayevin uğurlu pedaqoq xidmətlərindən söhbət açan ADRA rəhbərliyi yubilyarı bu münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və bundan sonrakı fəaliyyətində uğurlar arzu ediblər.
Comments are closed