15 sentyabr ölkəmizdə “Bilik Günü” kimi qeyd olunur. Bütün təhsil ocaqları kimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyası da 2023-2024-cü tədris ili üzrə qapılarını tələbələrin üzünə açdı. Bugünkü əsas sevinc payı 1-ci kurs tələbələrinə düşür. Onlar tələbə adını qazanmaqla, gələcəyin rəngkarı, heykəltaraşı, memarı, modelyeri, dizayneri, xalçaçı rəssamı, sənətşünası və s. olmaq üçün təhsillərini bu ali ocaqda davam etdirəcəklər.

ADRA rəhbərliyi “Bilik Günü” münasibətlə bütün tələbələri təbrik edir, gənclərə həyat yollarının növbəti mərhələsində uğurlar və müvəffəqiyyətlər arzulayır.

Tags

Comments are closed