O, 1947-ci il 23 sentyabr Bakı şəhərində dünyaya göz açıb.

1966-cı ildə Zemfira Əliyeva Ə.Əzimzadə adına Rəssamlıq məktəbində təhsilini başa vurduqdan sonra ali təhsilini V. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda davam etdirib.

O, Akademik Milli Dram Teatrında tamaşaya qoyulan “Qadın faciəsi” və Gənc Tamaşaçılar Teatrında “Kiçik faciələr” tamaşalarının quruluşçu rəssamı olub.

Zemfira Əliyevanın yaradıcılığında Krım mənzərələri — “Küçədə qaya”, “Günəş doğulan zaman”, “Qayıqlarla dəniz”, “Ayı dağ” əsərləri özünəməxsus yer tutur.

Həmçinin, onun rəngkarlıq əsərlərinə “Avtoportret”, “Avtoportret əllərlə”, “Narlar”, “Mis qablar”, “Şamdanla natürmort” nümunə göstərmək olar.

Rəssam bir sıra yerli və beynəlxalq sərgilərin iştirakçısıdır.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kollektivi Zemfira Əliyevanı doğum günü münasibətilə təbrik edir, ona yaradıcılığında uğurlar arzulayır.

Tags

Comments are closed