Bu gün ADRA-nın nəzdində fəaliyyət göstərən FD 2.34 daimi Dissertasiya şurasında 6218.01- “Dekorativ-tətbiqi sənət” ixtisası üzrə iki dissertasiya müdafiəsi keçirilmişdir.

Məmmədhüseyn Allahqulu oğlu Hüseynov “Azərbaycan xalçaçılığında bədii-texniki varislik problemi” adlı Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işini uğurla müdafiə etmişdir.

Növbəti dissertant İradə Məhərrəm qızı Bayramovanın “Qacar dövrü geyimlərinin bədii xüsusiyyətləri” mövzusunda təqdim etdiyi Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiəsi müsbət nəticə ilə yekunlaşmışdır.

Tədqiqatçılara bundan sonrakı elmi-yaradıcı fəaliyyətlərində uğurlar arzu edirik!

Tags

Comments are closed