S. Sadıxova 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin “Sənətşünaslıq” kafedrasının müdiri, 2011-ci ildən bu günə kimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “İncəsənət tarixi” kafedrasının müdiri vəzifəsini, 2011-ci ildən isə kafedranın professoru vəzifəsini icra edir. O, 3 dərs vəsaiti, 3 metodik vəsait, 15 tədris proqramı hazırlamış, çox sayda metodik vəsaiti və fənn proqramı redaktə etmişdir.
Sevil Sadıxova 100-dən artıq elmi məqalə və tezislərlə Bakı, Ankara, İstanbul, Antalya, Əskişəhər, Alaniya, Moskva, Sankt-Peterburq, Daşkənd, Almatı, Astana, Tbilisi, Simferopol, Pyatiqorsk, Kursk, Kazan, Varşava, Seul, Astana, İrkutsk, Bursa şəhərlərində elmi nəşrlərdə çıxış etmiş, Beynəlxalq və Respublika miqyaslı elmi konfrans və simpoziumlarda 30-dan artıq məruzə ilə iştirak etmişdir. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Sevil Sadıxova 2021-ci ildə “Türk Dünyası Araştırmaları Uluslararası İlimler Akademisi”nin (Ankara, Türkiyə) həqiqi üzvü (akademiki), 2022-ci ildə isə “Eropaische Akademie der Naturwissenchaften” (Hannover, Almaniya) həqiqi üzvü (akademiki) seçilmişdir.
S. Sadıxovanın elmi rəhbər kimi hazırladığı 28 doktorant və dissertantı müdafiə edib sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşlər.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kollektivi ADRA-nın “İncəsənət tarixi” kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevil Sadıxovanı ad günü münasibətilə təbrik edir, ona can sağlığı, yaradıcılıq uğurları arzulayır.
Comments are closed