13 oktyabr tarixində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə Özbəkistan Rəssamlıq Akademiyası nəzdində İncəsənət təhsili üzrə Müəllim və Mütəxəssislərin Yenidən hazırlanma və İxtisasartırma Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə ADRA-nın rektoru, Xalq rəssamı, professor Natiq Əliyev və Özbəkistan nümayəndə heyətinin rəhbəri, Mərkəzin direktoru Davron Şükürov tərəfindən imzalanıb.

Müqaviləyə əsasən gələcəkdə tədris prosessinin daha da təkmilləşdirilməsi, iki təhsil müəssisəsi arasında təcrübə, tələbə-müəllim mübadiləsinin artırılması nəzərdə tutulur.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tədris prosesi, yaradıcılıq emalatxanaları ilə tanış olan qonaqlara müəllim professor heyəti barədə də məlumat verilib. Öz növbəsində Özbəkistan nümayəndə heyəti isti qarşılanmaya görə akademiyanın rəhbərliyinə təşəkkür etdilər. ADRA-nın təhsil sisteminin yüksək səviyyədə olduğunu xüsusi vurğuladılar və tələbələrin ixtisas səviyyələrini yüksək qiymətləndirdilər.

Tədbirin sonunda Azərbaycanın qədim və müasir memarlığına heyranlıqlarını bildirən qonaqlara Bakı ilə tanışlıq turu təşkil olundu.

Öz növbəsində qonaqpərvərliyini və isti qarşılanmaya görə təşəkkürlərini çatdıran Özbəkistan nümayəndə heyəti qarşılıqlı mədəni əlaqələrin bundan sonra da davamlı inkişaf edəcəyinə ümidvar olduqlarını bildirdilər.

Tags

Comments are closed