Azərbaycan Respublikasının əməkdar rəssamı, Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Rəngkarlıq və təsviri incəsənət müəllimliyi” kafedrasının baş müəllimi Rəşad Rafiq oğlu Mehdiyevin doğum günüdür.
O, “Ağac”, “Həvva”, “Sufi”, “Dairə”, “Vaqif Gərayzadə”, “Tərəzi”, “Üç alma”,“Eyforiya şarla” və s. əsərlərin müəllifidir. Rəssamın Bakıda, Sankt-Peterburqda, Vyanada, BMT-də, Qəbələdə fərdi sərgiləri keçirilmişdir.
Rəssamın bu il təqdim etdiyi “Əbədiyyət” əsərində Azərbaycan xalqının həyat fəlsəfəsinə cavab verən əbədi dəyərlər, qalib insanın ruhunu, əməyi və bolluğu, davamlılığı nümayiş etdirən ideyalar öz əksini tapıb.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kollektivi Əməkdar rəssam Rəşad Mehdiyevi səmimi qəlbdən təbrik edir, ona yaradıcılıq uğurları arzulayır.
Comments are closed