Elmi Şuranın sədri Xalq rəssamı, professor Natiq Əliyev iclası açıq elan edərək, gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.
İlk növbədə rektor Natiq Əliyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Memarlıq» kafedrasının müdiri, dosent Gülər Məmmədovanı «Gənc Azərbaycan memarların yetişməsində göstərdiyi nailiyyətlərinə görə”, «HUMAY» Milli Mükafatı alması münasibətilə təbrik edib. Həmçinin ADRA-nın «Memarlıq» kafedrasının dosenti Malik Babayevin Azərbaycan Memarlar İttifaqının qərarına əsasən memarlıq sənətinin inkişafında göstərdiyi xidmətlərə görə «Ustad Memar» peşəkarlıq rütbəsi ilə təltif edilməsini xüsusi qeyd edib. Hər iki mükafatçılar şura üzvləri tərəfindən təbrik olunub, onlara can sağlığı, fəaliyyətlərində uğurlar arzulanıb. Rektor, həmçinin ADRA-nın qarşısında duran məsələlər barədə söhbət açaraq, görülən işlər barədə şura üzvlərinə məlumat verib.
Elmi Şurada Strateji İnkişaf Planının hazırlanması üçün yaradılmış işçi qrupunun fəaliyyət istiqamətlərinin müəyyən edilməsi, ADRA-nın qış mövsümü ilə bağlı hazırlıqları, «Memarlıq və dizayn», «Dekorativ tətbiqi sənət», «Təsviri sənət və Sənətşünaslıq» fakültələrində təhsil alan Il kurs magistr tələbələrinin buraxılış yaradıcılıq işləri, həmçinin «Məzun mərkəzi»nin fəaliyyəti barədə məlumat verilib.
İclasda şuranın gündəliyində nəzərdə tutulan məsələlərlə bağlı müxtəlif təqdimatlar olub və ADRA-nın gələcək fəaliyyəti barədə müzakirələr aparılıb. Tədrislə bağlı bir sıra məsələlər müzakirə olunub.
Yekunda müzakirə edilən məsələlərlə bağlı ümumi səsvermə ilə yekdil qərarlar qəbul olunub. İclasın sonunda ADRA-nın rektoru, Elmi Şuranın sədri, Xalq rəssamı, professor Natiq Əliyev Şura üzvlərinə tapşırıq və tövsiyyələrini verib.
Comments are closed