Bugün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində “Təsviri sənət və sənətşünaslıq” fakültəsi «Akademik rəngkarlıq və kompozisiya» kafedrasının təşkilatçılığı ilə «Qızılgül» adlı sərgi keçirildi. Sərgidə ADRA-nın “Akademik Rəngkarlıq və kompozisiya” ixtisasında təhsil alan 50 nəfərdən artıq tələbənin işi nümayiş olunurdu.

Sərgini «Akademik rəngkarlıq və kompozisiya» kafedrasının müdiri, Əməkdar rəssam, professor Namiq Məmmədov açıq elan etdi. Vurğuladı ki, sərginin keçirilməsində məqsəd Ümummilli Liderin Qızılgülə olan sevgisini, tələbələrin əl işlərində fərqli üslublarda ərsəyə gətirilməsidir. ADRA-nın rektoru Xalq rəssamı, professor Natiq Əliyev tələbələrə bu cür sərgilərdə iştirak etməyin onlar üçün nə qədər əhəmiyyətli olduğundan söz açdı. “Akademik rəngkarlıq və kompozisiya” kafedrasında fəaliyyət göstərən Xalq rəssamı, professor Cəlil Hüseynov, ADRA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru Xalq rəssamı, professor Səlhab Məmmədov tələbələrə öz töhfələrini verdi.

Sərgidə iştirak edən tələbələr diplomla təltif olundu.

Tags

Comments are closed