Elmi Şuranın sədri Xalq rəssamı, professor Natiq Əliyev iclası açıq elan etdi. Gündəlikdə duran məsələlər şura üzvlərinin diqqətinə çatdırılıb.

İlk növbədə ADRA-nın rektoru Natiq Əliyev Xalq rəssamı, akademik Ömər Eldarovu doğum günü münasibətilə akademiyanın kollektivi adından təbrik edib, möhkəm cansağlığı və uzun ömür arzulayıb.

İclasda şuranın gündəliyində nəzərdə tutulan məsələlərlə bağlı müxtəlif təqdimatlar və tədrislə bağlı bir sıra məsələlər müzakirə olunub.

Yekunda müzakirə edilən məsələlərlə bağlı ümumi səsvermə ilə yekdil qərarlar qəbul olundu. İclasın sonunda ADRA-nın rektoru, Elmi Şuranın sədri, Xalq rəssamı, professor Natiq Əliyev Şura üzvlərinə tapşırıq və tövsiyyələrini verib.

Tags

Comments are closed