22 dekabr 2023-cü il tarixində Xalq rəssamı Tahir Salahovun ev-muzeyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş rəssamların təxəyyülündə «Heydər Əliyev və Azərbaycan» adlı sərginin açılışı olub.

2023-cü il «Heydər Əliyev ili» çərçivəsində təşkil olunan sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və SABAH qruplarının tələbələrinin 30-dan artıq əsəri nümayiş olunur.

«İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfindən təşkil olunan sərgi Tahir Salahovun ev muzeyində 29 dekabr tarixinədək davam edəcək.

Tags

Comments are closed