Forumda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı, professor Səlhab Məmmədov və şöbənin əməkdaşları təmsil ediblər.
Forum çərçivəsində ADRA-da təhsil alan əcnəbi tələbələrin əl işlərindən ibarət əsərlər nümayiş olunub.
Qeyd edək ki, Beynəlxalq Təhsil İmkanları Forumunun keçirilməsində məqsəd hər ilin sonu yerli ali təhsil müəssisələri ilə keçirilən ənənəvi görüşün daha produktiv modelinə keçid, 2023–2024-cü tədris ili üzrə əcnəbilərin Azərbaycanda təhsilinə dair hesabatın təqdimatı, universitetlərin beynəlmiləlləşmə sahəsində inkişafının müzakirəsi, eləcə də 2023-cü il üçün Fəaliyyət Planı üzrə əcnəbilərlə iş sahəsində fərqlənən universitetləri rəğbətləndirməkdir.
Comments are closed