Yaradıcılığa 1970-ci illərdən başlayan rəssam istər monumental-dekorativ, istərsə də dəzgah rəngkarlığı sahələrində fəal işləyir və bu iki fəaliyyət sferaları onun yaradıcılığında vəhdət təşkil edir.

Uzunmüddətli bədii fəaliyyəti dövründə təkrarsız üsluba malik rəssam çoxsaylı əsərlər yaradıb, 1972-ci ildən etibarən respublika, ümumittifaq və beynəlxalq sərgilərdə mütəmadi olaraq iştirak edərək bir çox mükafatlara layiq görülüb. 1987-ci ildə Bakıda və Moskvada, 1995-ci ildə Fransada və Türkiyədə fərdi sərgiləri keçirilib.

Sirus Mirzəzadə 2002-ci ildə Azərbaycanın əməkdar rəssamı, 2018-ci ildə isə Azərbaycanın Xalq rəssamı fəxri adına layiq görülmüşdür. Əsərləri Azərbaycan, Rusiya, İran, Türkiyə, Almaniya, Niderland, Norveç, Fransa, Kuba, Rumıniya, Bolqarıstan, Macarıstan, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, ABŞ və İtaliyada nümayiş etdirilib. Onun əsərləri muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.

Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kollektivi görkəmli sənətkar Sirus Mirzəzadəni 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona yaradıcılıq uğurları arzulayır.

Tags

Comments are closed