Bugün ADRA-da, 1990-cı ildə yanvar ayının 19-dan 20-nə keçən gecə Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban verən Şəhidlərin əziz xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə ADRA-nın rəhbər, müəllim-professor heyəti ilə yanaşı akademiyanın əməkdaşları iştirak etdi. İştirakçılar öz xatirələrini bölüşdülər. Tədbiri akademiyanın Elm və yaradıcılıq işləri üzrə prorektoru, Xalq Rəssamı, professor Fuad Salayev açaraq, qanlı yanvarla bağlı öz xatirələrini bölüşdü. Daha sonra akademiyanın Beynəlxalq Əlaqələr üzrə prorektoru, Xalq Rəssamı, professor Səlhab Məmmədov çıxışında incəsənət nümayəndələrinin qanlı hadisələrdəki iştirakından danışdı. Həmçinin gənc rəssam ADRA YAP-ın sədr müavini Lalə Hüseynova çıxışında 20 Yanvar qanlı hadisələrinin ölkə tarixindəki mühüm rolundan bəhs etdi. Sonda bu hadisələrə həsr olunmuş qısametrajlı film nümayiş olundu. 20 yanvar şəhidlərini dərin ehtiramla yad edirik.

Tags

Comments are closed