Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dekorativ Tətbiqi Sənət fakültəsinin “Bədii keramika, şüşə və metal” kafedrasının emalatxana müdiri Eyyubov Cəmaləddin və akademiyanın kitabxanasının böyük biblioqrafı Yusupova Svetlananın 80 illik yubileyləri və təqaüdə göndərilmələrilə əlaqədar rəhbərliklə görüş keçirilib. Akademiyanın rektoru professor, Xalq rəssamı Natiq Əliyev görüş zamanı onları 80 illik yubileyləri münasibətilə təbrik edib, uzun müddətli səmərəli, peşəkar fəaliyyətlərinə görə təşəkkürünü bildirərək, xatirə fotoları çəkdirmişdir. Görüşdə həmçinin, akademiyanın Tədris və tərbiyə işləri üzrə prorektoru, professor Azad Zeynalov, Elm və yaradıcılıq işləri üzrə prorektor, professor, Xalq rəssamı Fuad Salayev, Beynəlxalq əlaqələr üzrə prorektor, professor, Xalq rəssamı Səlhab Məmmədov, Ümumi işlər üzrə prorektor Hacı Mail-zadə, İnzibati təsərrüfat işləri üzrə prorektor Elmira Səmədova, Həmkarlar İttifaqı komitəsinin sədri Emin Ələkbərov iştirak etmişdirlər.

Tags

Comments are closed