Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, ADRA YAP-ın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş «Müasir Azərbaycanın memarı Heydər Əliyev» adlı konfrans keçirilmişdir. Konfransda akademiyanın rektoru, Xalq rəssamı, professor Natiq Əliyev, Tədris və tərbiyə işləri üzrə prorektor, professor Azad Zeynalov, Ümumi işlər üzrə prorektor Hacı Mail-zadə, İnzibati Təsərrüfat işləri üzrə prorektor Elmira Səmədova və ADRA YAP-ın üzvləri iştirak etmişdirlər. ADRA YAP-ın sədri Əhməd Panayev konfransı açıq elan etdikdən sonra Ümummilli Liderin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Əhməd Panayev öz çıxışında Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətindən danışdı. Dövlət himni səsləndikdən sonra ADRA YAP-ın üzvü Tural Ağayev, Ulu Öndər Heydər Əliyevin siyasi portretindən, ölkəmizə verdiyi töhfələrdən bəhs etdi. Daha sonra, ADRA YAP-ın sədr müavini Lalə Hüseynova Ümumilli Lider Heydər Əliyevin Azərbaycanın mədəniyyət və incəsənətinə olan marağından və milli mənəvi dəyərlərimizin beynəlxalq arenada tanınmasında Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs etdi. Daha sonra akademiyanın rektoru Xalq rəssamı, professor Natiq Əliyev ADRA YAP-ın sıralarına yeni daxil olmuş tələbələrə, «Təsviri sənət və sənətşünaslıq» fakültəsinin 3-cü kurs tələbəsi Vasif Nəcəfzadəyə və «Memarlıq və Dizayn» fakültəsinin 2-ci kurs tələbəsi Dinarə Abuzərovaya Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələrini təqdim edərək onları təbrik edib, uğurlar arzulamışdır. Tədbirin sonunda Ulu Öndər Heydər Əliyev haqqında videoçarx nümayiş olunmuşdur.
Comments are closed