Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının «Humanitar və İctimai fənlər» kafedrasının birgə təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş «Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi» adlı tədbir keçirilmişdir. Milli Azərbaycan Tarixi Muzeyində keçirilən tədbirdə ADRA-nın «Humanitar və İctimai fənlər» kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rimma Qafarzadə, «Hərb Tarixi» müzeyin rəisi, polkovnik Əzizağa Qənizadə, «Milli-mənəvi dəyərlərin təbliği» fondunun icraçı direktoru Mehman İsmayılov, Müdafiə Nazirliyinin «Azərbaycan ordusu» qəzetinin müxbiri Lalə Hüseynova, eləcədə II Qarabağ müharibəsinin qaziləri Şiraz Həsənov, Hikmət Zamanov, Əlfi Qasımov və ADRA-nın tələbələri : Sevda Məlikzadə, Əzizə Hüseynova, Fərid Gülməmmədov, Əsmər Muradova, Nərgiz İsrafilova, Asifə Cumayeva, Bəyim Allahverdiyeva, Nərmin Abbasova, Qənirə Cəfərli çıxış etmişdirlər. Çıxış edənlər Ümumilli Lider Heydər Əliyevin Azərbaycan ordusunun quruluşunda, milli-mənəvi dəyərlərin qorunub təbliğ edilməsində, dövlətimizin xarici və daxili siyasətində mühüm rolundan bəhs etdilər. Ümumilli Lider Heydər Əliyevin təhsil, mədəniyyət, incəsənət sahələrinə verdiyi töhfələr və böyük dəstək xüsusi vurğulanmışdır.

Tags

Comments are closed