Bu gün Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin əzəməti və böyüklüyü illər ötdükcə daha dərindən dərk olunur. Bu gün Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında yer alıbsa, səsimiz beynəlxalq kürsülərdən daha gur eşidilirsə, bayrağımız uca zirvələrdə dalğalanırsa, bu uğurların əsasında Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti dayanır. Azərbaycanın ən yeni tarixi Heydər Əliyevin adı ilə bağlıdır. İntibah və milli şüurun oyanışı onun hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz onun sayəsində dönməz xarakter alıb. Ümumilli liderimiz təlatümlər, çətin sınaqlar, aramsız mübarizələrlə dolu bir həyat yaşayıb. O, bütün mübarizələrdən qalib çıxıb. Heydər Əliyev ömrü insan iradəsinin yenilməzliyinə parlaq nümunədir. Onun Vətənə və xalqına olan bağlılığı hər birimiz üçün böyük vətənpərvərlik simvoludur. Heydər Əliyev Azərbaycan xalqının qürur və iftixar mənbəyidir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası olaraq Ulu Öndər Heydər Əliyevi dərin ehtiramla yad edirik.

Tags

Comments are closed