Azərbaycan Dövlət Rəssamlıq Akademiyası SABAH qruplarının “Bədii xalça” ixtisaslaşması üzrə IV kurs tələbələrinin buraxılış yaradıcılıq işləri olan, xalçaların kəsilməsi mərasimi “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Nardaran filialında keçirilmişdir. Tədbirdə Dəmirova Sacidənin “Qədim Novruz”, Əmiraslanlı Sürəyyanın “Yer-Sub əfsanəsi”, Cəlilova Cəmilənin “Ayasofya xəyalı”, İbadlı Mayanın “Həyatın
cövhəri», Aşumova Fatimənin “Qızıl torpaq” və Ələkbərli Aytacın “Yeni Borçalı”
adlı xalça layihələri əsasında “Azərxalça” ASC-nin toxucuları tərəfindən xovlu
xalçalar toxunulmuşdur. Əməkdar rəssam, professor Məmmədhüseyn Hüseynovun rəhbərliyi altında
SABAH qrupları tələbələri buraxılış layihələrində milli ənənələrə sadiq qalmaqla,
müasir ornamentalistikaya üstünlük vermiş və yeni xalça kompozisyalarını uğurla
ərsəyə gətirmişdirlər.

Tags

Comments are closed