Bugün, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ADRA-nın Beynəlxalq mübadilə və əcnəbi tələbələrin tədrisi şöbəsinin təşəbbüsü ilə akademiyanın professor-müəllim heyəti və əcnəbi tələbələr üçün tədbir keçirilmişdir. Tədbirin açılışını şöbə müdiri Afaq Hüseynova etmişdir, daha sonra «Humanitar və ictimai fənlər» kafedrasının baş müəllimi Günel Şərifova, «Heydər Əliyevin nitqi və Azərbaycan dili», Tarix müəllimi Leyla Babazadə «Heydər Əliyevin xarici siyasəti» adlı mövzuları ilə çıxış etmişdirlər. ADRA-nın Beynəlxalq Əlaqələr üzrə prorektoru, Xalq rəssamı, professor Səlhab Məmmədov öz çıxışında Heydər Əliyevin, Azərbaycan incəsənətinə göstərdiyi qayğı, incəsənət və mədəniyyət sahəsinə verdiyi töhfələrdən, rəssamlara göstərdiyi diqqətdən və akademiyanın yaradılmasının məhz Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə həyata keçməsindən bəhs etdi.

Tags

Comments are closed