Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və İstanbul Aydın Universiteti əməkdaşlığı çərçivəsində, ölkələrimiz arasında qardaşlığımızı, birliyimizi, bərabərliyimizi gücləndirmək məqsədi ilə incəsənət müstəvisində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ‘’Haydar Aliyev için 100 Sanatçı 100 Eser’’ beynəlxalq sərgisində Türkiyədən “Abant İzzet Baysal, Ankara Hacı Bayram Veli, Antalya Akev, Bitlis Eren, Cumhuriyet, Çankırı Karatekin, Dicle, Fırat, İnönü, İstanbul Aydın, İstanbul Beykent, İzmir Demokrasi, Kocaeli, Kütahya Dumlupınar, Mimar Sinan, Mustafa Kemal, Nişantaşı ve Selçuk Universitetlərindən öz əsərləri ilə qatılan professor-müəllim heyəti, birbirindən dəyərli sənətçilərdən ibarət və Azərbaycandan, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Türkiyədə, İsraildə, Moskvada yaşayan Azərbaycan sənətçiləri və əsərləri ilə sərgiyə rəng qatan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev, Elm və yaradıcılıq işləri üzrə prorektor, Xalq ressamı, professor Fuad Salayev, Beynəlxalq Əlaqələr üzrə prorektor, Xalq rəssamı, professor Səlhab Məmmədov ve Azərbaycan Opera Sənətçisi, Əməkdar artist Ramil Qasımovun da iştirak etdiyi ‘’Haydar Aliyev için 100 Sanatçı 100 Eser’’ adlı virtual beynəlxalq sərgi təşkil olunub.
Kuratorlar: Rəssam Lalə Hüseynova, Öğr. Gör. Dilek TEZCAN
Keçid linki: https://www.youtube.com/watch?v=YsWi13WiAY8

Tags

Comments are closed