ADRA-nın SABAH qrupları rəhbəri Mətanət Nəsirovanın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş «Heydər Əliyev və Azərbaycan kinosu» adlı tədbir keçirilmişdir. Tədbirin xüsusi qönağı Əməkdar incəsənət xadimi, kino tədqiqatçısı Aydın Kazımzadə Ulu Öndər haqqında öz xatirələrini, həmçinin Ümumilli Liderin bir sıra Azərbaycan kinofilmlərin çəkilişləri zamanı göstərdiyi dəstək, kinorejissorlar və incəsənət  adamlarına verdiyi dəyərdən danışdı. Kino tədqiqatçısı ilə görüşdə, ADRA-nın rektoru Xalq rəssamı, professor Natiq Əliyev, Tədris və tərbiyə işləri üzrə prorektor, Əməkdar rəssam, professor Azad Zeynalov, Elm və yaradıcılıq işləri üzrə prorektor, Xalq rəssamı, professor Fuad Salayev, Beynəlxalq əlaqələr üzrə prorektor, Xalq rəssamı, professor Səlhab Məmmədov və ADRA-nın professor-müəllim heyəti ilə yanaşı tələbələr iştirak etmişdir. Tədbir zamanı bir neçə kinofilmlərdən epizodlar nümayiş olundu. Tədrbirin sonunda  görkəmli incəsənət xadimi ilə xatirə fotoları çəkildi.

Tags

Comments are closed