Böyük Britaniyanın paytaxtı, London şəhərində, «Royal Windsore Horse show» adlı beynəlxalq tədbirdə, Azərbaycan Atçılıq Federasiyasının iştirakı ilə bağlı Azərbaycan pavilyonu yaradılmışdır. Ölkəmizi beynəlxalq tədbirdə təmsil etmək məqsədi ilə yaradılan pavilyon Heydər Əliyev Fondu tərəfindən təşkil edilmişdir. Tədbirdə Azərbaycan tarixini, mədəniyyətini, incəsənətini və xüsusi ilə də, Azərbaycanın önəmli sənət növlərindən biri olan, xalçaçılığı təbliğ etmək məqsədi ilə təşkil olunan pavilyonda xalçaçılıq sənətinin incəliklərini, toxuma prossesini iştirakçılara nümayiş etmək üçün, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının «Bədii toxuculuq və xalça sənəti» kafedrasının dosenti Minaxanım Hüseynova beynəlxalq tədbirdə iştirak etmişdir.

Tags

Comments are closed