Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində «Sabahın xeyir, keramika!» adlı sərgi keçirilmişdir. Sərgidə 100-ə yaxın keramika və qobelen əsərləri nümayiş olunmuşdur. Əsərlər ADRA-nın məzun və tələbələrinə aiddir. Sərgi İtaliyanın ənənəvi olaraq təşkil etdiyi “Buongiorno Ceramica!” festivalı çərçivəsində təşkil olunmuşdur. Bu il Azərbaycan ilk dəfədir ki, festivalda iştirak edir. Sərgi İtalya Keramika Şəhərlər Assosiyasası, «Art Council Azerbaijan» şirkətinin təşkilatçılığı və ADRA-nın dəstəyi ilə təşkil olunmuşdur. Festival keramikanın inkişafı və təbliği məqsədilə təşkil olunur. Keramika sənəti, Azərbaycan incəsənətinin vacib hissəsi olduğu üçün bizim ölkə də bu festivala qoşulmuşdur. Tədbirdə ADRA-nın rəhbər heyəti ilə yanaşı bir sıra qonaqlar iştirak etmişdir.
Comments are closed