18 oktyabr 2023-cü il tarixində, Heydər Əliyev Mərkəzində, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan tarixi” IX Ümumrespublika bilik yarışı keçirilmişdir. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılan layihə Azərbaycan xalqının Ümummilli Liderinin həyat və fəaliyyətinin öyrənilməsi, onun irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədini daşıyır. Tədbirdə məlumat verilib ki, «Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışı 2014-cü ildən etibarən hər il təşkil olunur.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 8 nəfər tələbədən ibarət komandası bilik yarışında iştirak etmiş və 50 ali təhsil müəssisəsi arasında on dördüncü yerə layiq görülmüşdür. Ənənəyə çevrilən bu layihə Azərbaycan tarixinin və Ümummilli Lider Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin öyrənilməsinə, gənclər arasında maarifləndirməyə yönəlib. İştirakçılar “Heydər Əliyev və Azərbaycanın müstəqillik illəri”, “Heydər Əliyev və Qarabağ həqiqətləri”, “Azərbaycanın Vətən müharibəsindəki zəfəri”, “Qarabağın dirçəlişi” və digər mövzulardakı suallar üzrə biliklərini sınayıblar.
Komandalar yarışdan əvvəlki hazırlıq mərhələsində Heydər Əliyev Mərkəzində təşkil olunan təlimlərdə iştirak edib, Heydər Əliyev Muzeyindəki arxiv materialları əsasında mövzular üzrə araşdırma aparmışlar. Müsabiqə 2 turda keçirilmiş və hər turda Azərbaycanın tarixi, mədəniyyəti, ümummilli lider Heydər Əliyevin irsini əhatə edən 18 sual səsləndirilib. Qalib komandalar turlar üzrə qazanılmış xalların cəminə görə müəyyən edilmiş və mükafatlandırılmışdır.
Comments are closed