Keçiriləcək layihə çərçivəsində, gənc rəssamlar tərəfindən Qarabağın əsrarəngiz təbiətinə, tarixi abidələrinə, eləcə də işğaldan azad edilən ərazilərdə aparılan bərpa-quruculuq mövzularına həsr olunan rəngkarlıq və heykəltəraşlıq nümunələri yer alıb.

Əsərlərin seçilməsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev, ADRA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq rəssamı, professor Səlhab Məmmədov, ADRA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, Xalq rəssamı, professor Fuad Salayev, ADRA-nın Ümumi işlər üzrə prorektoru Hacı Mail-zadə iştirak ediblər. Münsiflər heyəti tərəfindən seçilən əsərlərdə Qarabağın tarixi abidələrini, xalça ornamentlərini, gözoxşayan mənzərəsini özündə əks etdirən işlərə üstünlük verildi.

Qeyd edək ki, müsabiqədə 84 nəfər tələbə iştirak etmişdir. Ümumilikdə müsabiqədə nümayiş olunan 232 əsər içərisindən 19 rəngkarlıq, 3 heykəltəraşlıq nümunəsi seçilərək növbəti mərhələyə keçdi.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə ilk görüş 5 oktyabr tarixində keçirilmişdir. Görüşdə Fondun İdarə heyətinin sədri Rəhman Hacıyev ADRA-nın tələbə heyəti ilə görüşərək Qarabağla bağlı böyük mənəvi dəyərə malik rəngkarlıq və heykəltəraşlıq nümunələrindən ibarət eskiz layihələri təqdim etməklə müsabiqədə iştirak etmək hüququ qazanacaqlarını bildirmişdi.

Tags

Comments are closed