24 noyabr tarixində ADRA SABAH Mərkəzi tərəfindən Muzey Sərgi Kompleksində “Təsviri incəsənətdə təhlil anlayışı” mövzusunda təlim keçirilib. Təlimdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Afət Aslanova “Təsviri incəsənətdə təhlil anlayışı” mövzusunda təqdimatla çıxış edib, tələbələrə incəsənət əsəri necə təhlil olunmalı, təsviri incəsənətin janr və cərəyanları, incəsənət əsərinin qiymətləndirilməsi qaydaları barədə ətraflı məlumat verib.
Təlim zamanı dünya mədəniyyəti xəzinəsinə zəngin irs bəxş etmiş rəssamların əsərləri təhlil olunub və maarifləndirici məlumatlar verilib. Dünya şöhrətli rəssamların çoxcəhətli yaradıcılığında mühüm rol oynamış incəsənət əsərlərini özündə əks etdirən slaydlar nümayiş olunub, həmin əsərlərə dair tələbələri maraqlandıran suallar cavablandırılıb.
Comments are closed