Elm və təhsil naziri Emin Əmrullayev, BMU-nun rektoru Yaqub Piriyev, Abşeron rayon İcra Hakimiyyətinin başcısı Abdin Fərzəliyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, rəsmilər, millət vəkilləri, digər ali təhsil müəssisələrinin rəhbərləri büstün qarşısına əklil və gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Büstün müəllifi, tanınmış heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycanın Xalq rəssamı professor Natiq Əliyev dəyərli sənət əsəri ilə bağlı məlumat verib və ürək sözlərini çatdırıb.

Tags

Comments are closed