26 dekabr ADRA-nın nəzdində fəaliyyət göstərən FD 2.34 daimi Dissertasiya şurasında 6215.01- “Təsviri sənət” ixtisası və 6218.01 – Dekorativ-tətbiqi sənət üzrə iki dissertasiya müdafiəsi keçirilmişdir.

Nilüfer Rasih qızı Erkan “Türkiyə Cümhuriyyətində qadın rəssamların yaradıclığı” adlı fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işini uğurla müdafiə etmişdir.

Növbəti doktorant Asiye Salih qızı Aslan Özşen “Türkiyə Cümhuriyyətində Egey bölgəsi milli geyimlərinin xüsusiyyətləri” mövzusunda doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya müdafiəsi müsbət nəticə ilə yekunlaşmışdır.

Tədqiqatçılara bundan sonrakı elmi-yaradıcı fəaliyyətlərində uğurlar arzu edirik!

Tags

Comments are closed